17 Noyabr 2022 12:53
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gün ərzində aviasiyamız düşmənin hava hücumundan müdafiə sisteminin iki mövqeyinə zərbələr endirib”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Son sutka ərzində Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası düşmənin zenit-raket komplekslərinin 2 mövqeyinə zərbələr endirib”, - məlumatda deyilir.

Baş Qərargah onu da qeyd edib ki, Müdafiə Qüvvələrinin raket qoşunları və artilleriya bölmələri 2 idarəetmə məntəqəsini, 6 canlı qüvvə, silah və hərbi texnikanın cəmləşdiyi ərazini, 3 döyüş sursatı anbarını, həmçinin işğalçıların 3 digər mühüm obyektini vurub.

Rus ordusunun bu günədək olan itkiləri təqribən 82 710 nəfər təşkil edir.

Amerikalı general Mark Milliyə görə, Rusiya Ukraynaya qarşı müharibədə strateji, əməliyyat və taktiki baxımdan məğlub olub.

Eyni zamanda, ABŞ-ın müdafiə naziri Lloyd Ostin qış havasının Ukrayna ordusunun tərəfində olacağına inanır: “Ukrayna ordusu daha yaxşı təchiz olunacaq və Rusiyanın təchizat marşrutlarını məhv etməyə davam edəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər