19 Noyabr 2022 13:00
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə dünya çempionatı üçün Qətərə yola düşən Argentina və Uruqvay milli komandası özləri ilə 2 ton ət götürüb.

Teleqraf.com xəbər verir ki, DÇ-2022-nin iddialı ölkələri Argentina və Uruqvay Qətərdəki turnirdə milli komandanın oyunçularını və heyətini rahat keçirmələri üçün bütün imkanlarını səfərbər edib.

İki ölkənin milli komandaları Qətərə gedərkən hər biri özləri ilə 900 kiloqram ət aparıblar.

Argentina və Uruqvay xalqları dünyanın ən böyük ət istehlak edən cəmiyyətləri arasındadır. Uruqvay millisinin heyətində “Trabzonspor”dan Maksi Qomez və “Qalatasaray”dan Fernando Muslera və Lukas Torreyra da var.

Bu arada Braziliya milli komandası Qətərə özü ilə 30 kq qəhvə aparıb.


Müəllif: Nemət

Oxşar xəbərlər