19 Noyabr 2022 23:59
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron dünya ölkələrini Rusiyaya qarşı təzyiq göstərməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bunu Fransa Prezidenti Banqkokda keçirilən Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Liderlər Zirvəsində deyib.

O, zirvədəki çıxışında Ukraynadakı müharibəni dayandırmağın çox vacib olduğunu qeyd edib:

“Hamımız birlikdə Rusiyaya müharibəni dayandırmaq, beynəlxalq nizama hörmət etmək və danışıqlara qayıtmaq üçün eyni mesajı verməyə kömək etməliyik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər