"Rusiyanın Ukraynanın infrastrukturuna zərbələr endirməsi onun bu ölkəni qısa müddətdə məhv etməyə qadir olduğunu göstərdi".
Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikir Ronald Reyqanın administrasiyası dövründə Ağ Evin keçmiş əməkdaşı olan Pol Kreyq Robertsə məxsusdur.
“Rusiya nüvə silahından istifadə etmədən Ukraynanı bir gündə məhv edə bilər”, Roberts deyib.
O qeyd edib ki, Moskva tarixi bağlara görə Ukraynaya qarşı təmkinli davranır.
“Kreml kasıb ölkənin xarabalıqlarını öz sərhədləri yaxınlığında görmək istəmir"- deyə keçmiş Ağ Ev rəsmisi deyib.