Rusiya Federasiyasının İrkutsk vilayətində Anqarsk neft-kimya şirkətinin ərazisində irimiqyaslı yanğın baş verib.
Teleqraf.com xəbər verir ki, 200 kvadratmetrdən çox ərazini əhatə edən yanğın dörd saatdan sonra söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb. İnsidentin səbəblərini xüsusi komissiya müəyyən edəcək.
Qeyd edək ki, Anqarsk Neft-Kimya Şirkəti “Rosneft”in strukturuna daxildir və ən böyük neft emalı zavodlarından biridir. Bu şirkətin neft emalı gücü ildə 10,2 milyon tondur.