27 Noyabr 2022 21:27
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçika komandasının Dünya Çempionatında məğlubiyyətindən sonra Brüsseldə iğtişaş baş verib.

Teleqraf.com xəbər verir ki, məğlubiyyətdən sonra azarkeşlər avtomobilləri zədələyib, iş yerlərinə ziyan vurublar. İğtişaşların qarşısını almaq üçün paytaxta əlavə qüvvələr cəlb olunub. Şəhər meri sakinləri mərkəzi küçələrə getməməyə çağırıb.

Qeyd edək ki, bu gün Qətərdə keçirilən Dünya Çempionatında Belçika komandası Mərakeşə 0:2 hesabı ilə uduzub.


Müəllif: Teleqraf.com