28 Noyabr 2022 01:13
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 26-da 64 yaşında qəflətən dünyasını dəyişən ölkənin xarici işlər naziri Vladimir Makeyin ölümünün səbəbi açıqlanıb.

Teleqraf.com xəbər verir ki, Belarusun “Naşa Niva” nəşri iddia edir ki, çoxvektorlu yanaşmanın tərəfdarı sayılan diplomat həkimə vaxtında müraciət etməyib.

Rəsmi Minsk milli siyasət veteranının qəfil ölümünə hələ də münasibət bildirməyib. Eyni zamanda diplomatın ölümündə mümkün cinayət tərkibi ilə bağlı şayiələr yayılmağa başlayıb.

Bir versiyaya görə, Makey zəhərlənə bilərdi. Rusiyada bir sıra müşahidəçilər Qərbin ona qarşı kininin olduğu qənaətindədir. Eyni zamanda, Ukrayna mətbuatı XİN rəhbərinin ölümünün prezident Aleksandr Lukaşenkoya “son xəbərdarlıq” ola biləcəyi versiyasını müzakirə edir və baş verənlərə görə Rusiyanı günahlandırır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər