Qvineya, Liberiya və Sierra-Leonedə Ebola virusuna yoluxanların sayı 18 188 təşkil edib, 6 583 nəfər xəstəlikdən dünyasını dəyişib.
Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) növbəti açıqlamasında bildirilir.
Bundan əvvəl Qərbi Afrikanın üç ölkəsində ümumilikdə 17 942 “Ebola” virusu daşıyıcısı aşkar olunduğu və 6 388 nəfərin öldüyü açıqlanmışdı.