13 Dekabr 2014 06:46
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 15-də Romada ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş olacaq.

Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən məlumatına görə, bu barədə ABŞ dövlət departamentinin nümayəndəsi Mari Harf bildirib.

Onun sözlərinə görə, ABŞ və Rusiyanın xarici siyasət idarələrinin rəhbərləri Yaxın Şərqdəki vəziyyəti və İsrail-Fələstin münaqişəsinə dair BMT-nin son təşəbbüslərini müzakirə edəcəklər. Gündəmdə həmçinin Ukrayna böhranı və Suriya məsələsi də olacaq.


Müəllif:

Oxşar xəbərlər