30 Noyabr 2022 12:48
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə 720-dən çox yaralı rus əsgəri Donetsk xəstəxanalarına çatdırılıb.

Teleqraf.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı özünün "Facebook" səhifəsində müvəqqəti işğal altında olan Qorlovkada mülki xəstəxanalardan birinin hərbi hospitala çevrildiyini və mülki şəxslərin girişinin tamamilə məhdudlaşdırıldığını bildirib.

Ukrayna aviasiyası cari gün ərzində düşmənin şəxsi heyətinin, silahlarının və hərbi texnikasının cəmləşdiyi ərazilərə 15 zərbə endirib. Həmçinin, düşmən zenit-raket komplekslərinin mövqelərinə 2 zərbə endirib, əsgərlərimiz “Orlan-10” tipli 3 PUA-nı vurub.

“Müdafiə Qüvvələrinin raket qüvvələri və artilleriya bölmələri isə işğalçıların artilleriya sisteminə və daha bir mühüm obyektinə zərbələr endiriblər”, - Baş Qərargah əlavə edib.


Müəllif: Nemət