1 Dekabr 2022 11:34
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin və Rusiya bombardmançıları Yapon və Şərqi Çin dənizində təlim keçirib.

Teleqraf.com xəbər verir ki, Çinin “Hong-6K” və Rusiyanın “Tupolev” və SU tipli bombardmançı təyyarələrinin dənizlərdə birgə təlimlər çərçivəsində bir-birinin hərbi bazalarına eniş ediblər.

Yaponiya Müdafiə Nazirliyi ölkənin hava məkanının pozulmadığını açıqlayıb. Nazirlik bildirib ki, Çin təyyarələri Tsusima boğazı üzərindən Şərqi Çin və Yapon dənizlərinin şimalına uçublar.

Rusiya təyyarələrinin ilk mərhələdə eyni ərazidə cənuba doğru hərəkət etdiyi, daha sonra istiqamətini şimala çevirdiyi qeydə alınıb.

Baş verənlərə cavab olaraq Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə (ASDF) məxsus döyüş təyyarələri bölgədə havaya qalxıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər