Türk Silahlı Qüvvələri (TSQ) Suriyada hərbi hava əməliyyatı həyata keçirərkən diqqət mümkün quru əməliyyatına yönəlib.
Teleqraf.com xəbər verir ki, mümkün quru əməliyyatları gündəmə gəldiyi ərəfədə Türkiyənin müdafiə naziri Hulusi Akar Pentaqon rəhbəri Lloyd Ostinlə telefon danışığı aparıb.
Pentaqondan verilən açıqlamada, Ostinin Türkiyənin Suriyaya qarşı yeni hərbi əməliyyat başlatması ilə bağlı Akara çox sərt reaksiya göstərdiyi bildirilib. Görüş zamanı Ostinin də noyabrın 13-də baş verən hücumla bağlı başsağlığı verdiyi qeyd edilib.
“Lloyd Ostin Suriyanın şimalı ilə Türkiyə arasında gərginliyin artması, o cümlədən İŞİD-i məğlub etmək üçün bölgədəki tərəfdaşlarımızla birbaşa işləyən ABŞ personalının təhlükəsizliyini risqə atan son hava hücumundan narahatlığını ifadə edib”, - Pentaqonun açıqlamasında bildirilib.
“Nazir Ostin gərginliyin azaldılmasına çağırarkən, Türkiyənin Suriyada yeni hərbi əməliyyata qəti etirazı ilə bağlı nazirliyin bəyanatlarını paylaşıb”, - deyə məlumatda bildirilir.