3 Dekabr 2022 17:11
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Qərb rəsmilərinin Rusiya Federasiyasına qabaqlayıcı güzəştlər təklifi üçün dinamika yaratmaq istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri bildiriblər.

Onların fikrincə, təcavüzkar ölkə müttəfiqlərinin onu danışıqlar masası arxasına çəkmək üçün qabaqlayıcı güzəştlərə ehtiyac duyduğu dinamika yaratmaq fikrindədirlər.

Analitiklər xatırladıblar ki, dekabrın 2-də Rusiya prezidenti Vladimir Putin kansler Olaf Şolzla telefon danışığında Qərbdən gələn maliyyə və hərbi yardımın mənfi təsirini bəyan edib. Hazırda Kiyev Moskva ilə danışıqları qəti şəkildə rədd edib.

ISW hesabatında deyilir: “Putin-Şolz danışığı ABŞ prezidenti Co Baydenin dekabrın 1-də etdiyi diplomatik müraciətə cavabdır. ABŞ rəhbəri müharibəni bitirmək üçün Rusiya ilə danışmağa hazır olduğunu söyləyib”.

Putinin sözçüsü Dmitri Peskov Baydenin şərhinə cavab verib və “xüsusi hərbi əməliyyatın” davam etdiriləcəyini vurğulayıb.

“Putin və Peskovun danışıqlarla bağlı açıqlamaları Sergey Lavrovun dekabrın 1-də ATƏT-in iclası kontekstində Moskvanın NATO qarşısında irəli sürdüyü eyni tələbi təkrarlamasının nəticəsidir. Rusiya XİN rəhbəri Kremlin buna hazır olacağını qeyd edib. Qərb 2021-ci il dekabrın 17-də Rusiyanın təklif etdiyi sənədləri müzakirə etməyə razılaşarsa, danışıqlar aparılacaq. Daha sonra Rusiya Xarici İşlər Nazirliyi “təhlükəsizlik zəmanətləri” ilə bağlı tələbləri dərc edib”,- ISW vurğulayıb.

Təhlilçilər deyirlər ki, Putin, Lavrov və Peskov danışıqlarda bu bəyanatları Qərbdə Rusiyanın danışıqlara cəlb edilməli olduğu təəssüratı yaratmaq üçün veriblər.


Müəllif: Nemət

Oxşar xəbərlər