Gürcüstanda Rusiya bayraqlarının istifadəsinə qadağa qoyula bilər.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bu təkliflə Gürcüstanın “İslahatçılar klubu” siyasi təşkilatına rəhbərlik edən keçmiş müdafiə naziri Dmitri Şaşkin çıxış edib.
Onun sözlərinə görə, bu qərar qəbul edildikdən sonra qanunu pozan şəxslərə iki ilədək azadlıqldan məhrum etmə cəzası tətbiq edilə bilər. O hesab edir ki, Rusiya bayrağının Gürcüstanda olması ümummilli dəyərlərin təhqir olunmasıdır.
Samir