Ötən sutka ərzində Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Donetsk vilayətinin 7 yaşayış məntəqəsi ərazilərində işğalçıların hücumlarını dəf edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Rusiya qoşunlarının Donetsk vilayətinin Verxnokamyansk, Baxmut, Andrivka, Yakovlivka, Soledar, Kurdyumivka və Krasnoxorivka yaşayış məntəqələrinə hücumları uğursuzluqla nəticələnib.
Baş Qərargah qeyd edir ki, rus işğalçıları Ukraynaya qarşı silahlı təcavüzünü davam etdirir və mülki infrastruktura zərbələr endirməkdən əl çəkmir:
“Müvəqqəti işğal olunmuş əraziləri saxlamağa, səylərini Ukrayna Müdafiə Qüvvələrinin bölmələrinin hərəkətinin qarşısını almağa və ələ keçirdikləri ərazilərdə müdafiə xətlərini və mövqelərini gücləndirməyə çalışırlar. Düşmən Baxmut və Avdiv şəhərləri istiqamətində quru qoşunlarının hərəkətini dəstəkləmək üçün aviasiyadan fəal istifadə edərək hücuma davam edir”.