6 Dekabr 2022 16:17
1 475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya müdafiə naziri Sergey Şoyqu Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Donbasda qarşıdurmanın davam etdiyini bildirən Şoyqu Mayorsk, Pavlivka, Opıtne, Andriyevka, Biloqorivka və Kurdyumivka yaşayış məntəqələrinin Rusiya qüvvələrinin nəzarətinə keçdiyini deyib.

Nazir Ukrayna ordusunun Luqansk və Donetsk istiqamətində “ciddi itkilər” verdiyini iddia edib:

“Düşmən noyabrda 8300-dən çox hərbçisi, 5 təyyarəsi, 10 helikopteri, 149 tankı və 300-dən çox zirehli texnikasını itirib”.

Şoyqu Rusiya Silahlı Qüvvələrinin Ukraynanın hərbi idarəetmə sisteminə və hərbi sənaye müəssisələrinə uzaqmənzilli yüksək dəqiqlikli silahlarla genişmiqyaslı hücum həyata keçirdiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər