Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı təkliflər alıb. İrəvan və Bakı danışıqlar prosesinin üçüncü mərhələsinə başlayır.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri, hakim “Mülki müqavilə” partiyasından olan deputat Eduard Ağacanyan deyib.
“Bəli, doğrudan da İrəvan Azərbaycandan təkliflər alıb ki, bu da əslində erməni tərəfinin təkliflərinə cavabdır. Deyə bilərik ki, üçüncü təkliflər paketi müzakirə olunur. Məncə, indi buna sənəd demək düzgün deyil. Bunlar dərc olunmayan təfərrüatlar olduğu üçün mən bu barədə danışa və açıqlaya bilmərəm”, - Ağacanyan bildirib.
Onun sözlərinə görə, ola bilsin ki, ilin sonuna kimi Paşinyanla Əliyev arasında görüş baş tutsun, ya da iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüş olsun.