7 Dekabr 2022 09:50
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynanın öz sərhədlərindən kənara hücum etməsini dəstəkləmirik”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya ərazisinə pilotsuz təyyarələrlə hücuma münasibət bildirən ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

“Ukraynanın öz hüdudlarından kənara hücum etməsini dəstəkləmirik və Ukraynanı öz sərhədlərindən kənara hücum etməyə təşviq etmirik. Bizim etdiyimiz hər şey Ukraynanın müstəqilliyini dəstəkləməkdir”, - ABŞ rəsmisi bildirib.

Prays qeyd edib ki, Ukraynanı öz suveren ərazisində Rusiyanı məğlub etmək üçün lazım olan hər şeylə təmin edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər