7 Dekabr 2022 09:32
1 667
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) patrul katerinin Hörmüz boğazından keçərkən 2 Amerika hərbi gəmisinə təcavüz etdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, hadisənin dekabrın 5-i axşam saatlarında baş verdiyi bildirilib.

Açıqlamada SEPAH-a məxsus patrul katerinin beynəlxalq sularda hərəkət edən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Levis B Puller” hərbi dəniz baza gəmisi və “The Sullivans” esminesinə yaxınlaşdığı deyilib.

İran kraterinin Amerika gəmilərindən birinin önünə işıq salaraq görmə sahəsini bağlamağa çalışdığı vurğulanıb: “İran krateri ABŞ gəmilərinin 150 metrliyindən keçdi, bu təhlükəli dərəcədə yaxınlıqdır, xüsusilə gecələr”.

ABŞ gəmilərinin səs və lazerlə xəbərdarlıq etdiyi və əlavə heç bir insident yaşanmadan yoluna davam etdiyi bildirilən açıqlamada SEPAH-ın beynəlxalq təhlükəsiz dəniz davranışı standartlarını pozan addımlarının toqquşma riskini artırdığı qeyd olunub.

CENTCOM İranı Yaxın Şərqdə sabitliyi pozmaqda ittiham edib.


Müəllif: Mənsur Rəğbətoğlu