Rusiya Federasiyası qanadlı və ballistik raketlərin istifadəsində özünün müdafiəsi üçün lazım olan ehtiyatdan kənara çıxıb.
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksiy Reznikov dekabrın 5-də Ukraynanın kütləvi şəkildə atəşə tutulmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, işğalçı ölkədə “İsgəndər” raketlərinin 13%-dən az hissəsi qalıb, ən azı 25-30%-nin olması zəruridir:
“Onlar artıq öz nəticələrini hesablamadan çox şey ediblər. Həqiqətən də qanadlı və ballistik raketlərin ehtiyatından istifadə edirlər, bir çox mövqelərdə onlara hücum zamanı ehtiyac duyduqları ehtiyatdan artıq xeyli kənara çıxıblar”.
Reznikovun sözlərinə görə, sonuncu hücumdan əvvəl ruslar 37% “Calibr”ə sahib idilər, indi isə bu rəqəm 30%-ə düşüb:
"Bundan əlavə, onların bəzi raketlər istehsal etmək qabiliyyəti kəskin şəkildə aşağı düşüb, bəzilərində isə çatışmayan komponentlər var".