7 Dekabr 2022 12:56
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Roj Xabur ləqəbli Civana Heso adlı terrorçu Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) Suriyanın Cəzirə bölgəsində keçirdiyi əməliyyatda zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, Xabur PKK/YAT terror təşkilatının Cəzirədəki qüvvələrinin lideri olub.

Terrorçu Suriyadakı ABŞ hərbçilərindən xüsusi hərbi təlim alıb.

PKK/YPG-nin kamikadze və sui-qəsd təlimi verdiyi “Dilovan Akademiyası”nın zabiti kimi fəaliyyət göstərən Roj Xabur Türkiyədə qanlı terror aktlarını törədən terrorçuların yetişdirilməsində də fəal iştirak edib. Roj Xaburun yetişdirdiyi təşkilat üzvləri Suriya və Türkiyənin Mardin və Şırnak bölgələrində türk hərbçilərinə qarşı keçirilən hücumlarda yer alıblar.

“Fəaliyyətlər”inə görə MİT-in hədəf siyahısında olan terrorçu uzun müddət təqibdə olub. O, son əməliyyatda cangüdənləri ilə birlikdə zərərsizləşdirilib.

YAT Suriyada PKK-nın “xüsusi təyinatlı bölmə”si kimi fəaliyyət göstərir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər