Avropa İttifaqı İrana qarşı əlavə sanksiyalar hazırlayır.
Teleqraf.com xəbər verir ki, sanksiyalara səbəb İranın ölkədə etiraz aksiyalarını zorakılıqla yatırması və Rusiyaya hərbi texnika tədarük edilməsi ilə bağlıdır.
Sanksiyalar müəyyən fiziki və hüquqi şəxslər üçün səyahət qadağaları və xarici aktivlərin dondurulmasına aiddir.
Dekabrın 12-də Avropa İttifaqı xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək görüşündə yeni sanksiyalar paketinin imzalanacağı gözlənilir.