"Rusiya parçalansa, dünya dağılmayacaq".
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “The Wall Street Journal”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukrayna Krımı və Donbası Rusiyaya güzəştə getməyəcək: "Rusiyanın olduğu kimi qalmasına və beynəlxalq birliyin normal üzvünə çevrilməsinə necə kömək etmək barədə düşünmək əvəzinə, bu ölkənin beynəlxalq birliyin normal üzvü ola bilməyəcəyi ilə barışmağın vaxtı çatıb. Rusiya parçalansa, dünyanın dağılacağını düşünmürəm. Amma rus xalqı Rusiya imperiyası kimi, hazırki dövləti də məhv edəcək”.