14 Dekabr 2014 23:24
757
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyənin bir çox şəhərində bu gün baş tutan həbs dalğalarına Elazığ şəhərində olan baş nazir Əhməd Davudoğlu münasibət bildirib.
Teleqraf.com-un məlumatına görə, hamının öz hərəkətlərinə görə cavab verəcəyini deyən baş nazir, müxalifət lideri Kamal Kılıçdaroğlunu da, dövlətə qarşı fəaliyyətdə ittiham edib.
Davudoğlu söyləyib ki, o, paralel qurumların dili ilə Milli Kəşfiyyat Təşkilatına hücumlar edir: “Eyni dillə Türkiyə Cümhuriyyətini, hökumətimizi və demokratiyanı yıxmağa çalışır. Bu gün imtahan günüdür. Hər kəs etdiklərinin və bu ölkədə demokratiyaya qarşı fəaliyyətiinin hesabını verəcək, demokratiyanın yanında yer alarsa mükafatını da görəcək”.

Müəllif:

Oxşar xəbərlər