10 Dekabr 2022 15:53
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada zərərsizləşdirilən PKK/YPG terrorçularından birinin təşkilatın “Afrin Qurtuluş Qüvvələri” liderlərindən Fəhmi Məhəmməd olduğu bildirilib.

Teleqraf.com xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyinin açıqlamasında Suriyanın şimalında 2 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyi deyilib.

“Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilən PKK/YPG terrorçularından birinin təşkilatın “Afrin Qurtuluş Qüvvələri”nin liderlərindən biri Fəhmi Məhəmməd olduğu müəyyənləşib. Harada olur-olsun, PKK/YPG terror təşkilatı ilə mübarizəmiz qətiyyətlə davam edəcək”, - məlumatda qeyd olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər