13 Dekabr 2022 00:57
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçika polisi Avropa Parlamentinin sədr müavini Yeva Kaylinin və daha üç nəfərin həbsinə səbəb olan Qətərdə keçirilən dünya çempionatı ilə bağlı korrupsiya işi ilə əlaqədar aparılan araşdırma çərçivəsində bazar ertəsi Brüsseldə Avropa Parlamentinin binasına axtarış aparıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə "Agence France-Presse" agentliyi Belçika Federal Prokurorluğuna istinadən bildirib.

Məlumata əsasən, bu, Avropa Parlamentinin qərarlarına təsir edə bilən üçüncü şəxslərə külli miqdarda pul ödəməsində şübhəli bilinən dörd gün ərzində artıq iyirminci axtarışdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər