13 Dekabr 2022 08:18
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və ABŞ nümayəndələri bu həftə yüksək səviyyəli məsləhətləşmələr aparacaqlar.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.

Məsləhətləşmələr Rusiyada saxlanılan amerikalı Pol Uilanla bağlı olacaq.

“Uilan işi ilə bağlı Rusiya Federasiyası ilə əlaqəmizin olub-olmaması ilə bağlı suala gəlincə, bu həftə onlarla əlaqə saxlayacağıq. Mən bu barədə ətraflı danışmayacağam, çünki bütün bunları məxfi saxlamağa çalışırıq”,- o söyləyib.

Sallivan bildirib ki, hər şey planlaşdırılmış şəkildə davam edir və qarşı tərəflə əlaqə saxlanılıb, növbəti yüksək səviyyəli məsləhətləşmənin bu həftə baş tutacağı qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər