Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən Kiyev səmasında 10 PUA-nın vurulduğu açıqlanıb.
Teleqraf.com xəbər verir ki, Kiyev şəhərinin meri Vitali Kliçko səhər saatlarında şəhər və ətraf ərazilərdə 10 pilotsuz uçuş aparatının (PUA) vurulduğunu bildirib.
Kliçko "Telegram" hesabında yazıb: “Hava hücumundan müdafiə qüvvələri Kiyev vilayətində və paytaxt üzərində ümumilikdə 10 “Şahed” dronunu zərərsizləşdirib”.
Qeyd edək ki, bu gün səhər tezdən Rusiya Kiyev, Jitomir və Vinnitsa vilayətlərinə hava hücumu edib.