15 Dekabr 2022 08:28
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson vəzifəsindən getdikdən sonra xeyli miqdarda pul qazanıb.

Teleqraf.com xəbər verir ki, istefa verdikdən sonrakı müddətdə siyasətçinin gəliri ictimai çıxışlar sayəsində 1 milyon funt-sterlinqdən (1,2 milyon dollardan çox) çox olub.

Noyabrda Conson üç çıxışına görə 750 min funt-sterlinqdən (932,6 min dollar) çox qonorar alıb. Oktyabr ayında isə o, Sığorta Agentləri və Brokerləri Şurasının konfransında yarım saatlıq çıxışına görə təxminən 276 min funt-sterlinq (343,2 dollar) qazanıb.

Qeyd edək ki, iyulun 7-də istefa verdiyini açıqlayan Britaniya hökumətinin keçmiş başçısı Kiyevi ən qızğın dəstəkləyən siyasətçi kimi yadda qalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər