16 Dekabr 2022 08:29
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçıları Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Aİ-nin Brüsseldəki sammitindən sonra keçirilən mətbuat konfransında Bolqarıstan və Rumıniyanın 2023-cü ildə Şengen zonasına daxil olacaqlarına ümidini ifadə edib.

Aİ-nin Daxili İşlər və Ədliyyə Şurasının dekabrın 8-də Brüsseldə keçirilən iclasında Xorvatiyanın Şengen zonasına qoşulması təsdiqlənib, Rumıniya və Bolqarıstanın müraciətləri isə Avstriya və Niderlandın etirazları nəticəsində rədd edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər