Türkiyənin Diyarbəkir şəhərində polis maşınına bombalı hücum təşkil edilib.
Teleqrafş.com xəbər verir ki, hadisə nəticəsində 8 polisin yaralandığı açıqlanıb.
Hadisə yerinə yanğınsöndürmə briqadası və xüsusi əməliyyat bölməsi göndərilib.
Hadisəni törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.
Daxili işlər naziri Süleyman Soylu olayı “terror aktı” adlandırıb.