17 Dekabr 2022 21:29
2 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyadan neft məhsullarının alınması Monqolustan üçün son dərəcə vacibdir, çünki bu, ölkəmizi nisbətən ucuz yanacaqla müntəzəm təmin etməyə imkan verir".

Teleqraf.com xəbər verir ki, bu sözləri Monqolustan baş nazirinin müavini Saynbuyangiyn Amarsayxan "Sky News" telekanalına müsahibəsində bildirib.

O, qeyd edib ki, ölkəsi 100 faiz yanacaq-sürtkü materiallarını Rusiyadan idxal edir:

"Bu, ilk növbədə, Monqolustanın dənizə çıxışının olmaması, eləcə də Rusiya və Çin arasındakı qitədə yerləşməsi ilə bağlıdır".

Saynbuyangiyn Amarsayxan onu da bildirib ki, Avropadan bütün çatdırılmalar şimal qonşu - Rusiya vasitəsilə Monqolustana gedir.

O, Rusiyanı Monqolustanın tərəfdaşı adlandırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər