Rusiya prezidenti Vladimir Putin bazar ertəsi Minskə birgünlük işgüzar səfərə gedəcək və burada Aleksandr Lukaşenko ilə danışıqlar aparacaq.
Teleqraf.com xəbər verir ki, iki ölkənin liderləri müntəzəm olaraq, o cümlədən şəxsən və telefonla əlaqə saxlayırlar.
Son üç ildə onların bütün genişmiqyaslı ikitərəfli danışıqları Rusiyada aparılıb.
Putin 2019-cu ilin iyunundan bəri ilk dəfə Belarusa səfər edəcək.
Kremlin mətbuat xidmətinin qeyd etdiyi kimi, Rusiya-Belarus strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsinin əsas məsələlərini, həmçinin beynəlxalq və aktual mövzuları müzakirə etmək planlaşdırılır.