Ukraynanın paytaxtı Kiyevə bu gün səhər saatlarında Rusiya yenidən hava hücumu edib.
Teleqraf.com xəbər verir ki, Kiyev vilayətinin qubernatoru Oleksiy Kuleba mülki insanları sığınacaqlarda qalmağa çağırıb.
İlkin xəbərlərə görə, Rusiya Ukraynaya iri pilotsuz təyyarələrlə hücum edib.
Qubernator Oleksiy Kuleba hava hücumundan müdafiə sistemlərinin işlədiyini açıqlayıb.
Kiyev Şəhər Hərbi İdarəsi Kiyev səmasında doqquz kamikadze PUA-nın vurulduğunu bildirib.