20 Dekabr 2022 16:51
1 482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər Əsədə “Ərdoğanla görüşmə” israrını edən digər qanad isə Türkiyə müxalifətinin Millət Alyansıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazır.

Nəşr bildirir ki, bu siyasi qurumlara Demokrat Partiyası, Cümhuriyyət Xalq Partiyası (CHP), Zəfər Partiyası, Vətən Partiyası, İyi Partiya və Səadət Partiyası daxildir.

Qəzet alyansa daxil olan CHP-nin Bəşər Əsədi türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdən çəkindirmək üçün məktub göndərdiyini iddia edir:

“Mövzu ilə bağlı məlumat aldığımız Suriya Xarici İşlər Nazirliyinin mənbələri CHP-dən Həsən Akgöl və Məhmət Güzelmansurun “Bəəs” Partiyası vasitəsilə Əsədə məktub göndərdiyini deyirlər.

CHP-nin məktubunda qeyd edilir:

“İstənilən görüş seçkinin nəticələrinə təsir edə bilər. Bizim hakimiyyətimiz altında təzminat da daxil olmaqla Suriya hökumətinin bütün tələbləri yerinə yetiriləcək. Bütün qoşunları İdlib də daxil olmaqla Suriya ərazisindən çıxaracağımıza söz veririk”.

Bu arada, Dəməşq təzyiq və öhdəliklərə əsaslanaraq, kəşfiyyat qurumları arasında davam edən danışıqların daha sonra Müdafiə və Xarici İşlər Nazirlikləri səviyyəsində davam etdirilməsini istəyir. Əsəd hökuməti bu prosesi seçki dövrünü başa vuracaq təqvim çərçivəsində davam etdirməyi planlaşdırır. Rusiyanın israrı ilə keçiriləcək görüşdə Prezident Vladimir Putinin iştirakını və bunun üçtərəfli formatda baş tutmasını istəyirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər