21 Dekabr 2022 14:42
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, hakim “Vahid Rusiya” partiyasının rəhbəri Dmitri Medvedyev Pekinə səfər edərək Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşüb.

Teleqraf.com xəbər verir ki, Medvedyevin rəsmi səfəri Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin dəvəti ilə baş tutub.

“Biz iki hakim partiya - Çin Kommunist Partiyası və "Vahid Rusiya" arasında qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etdik, ikitərəfli əməkdaşlıq məsələlərini, Çinlə bütün sahələrdə, o cümlədən iqtisadiyyatda, sənaye əməkdaşlığında strateji tərəfdaşlığımızı müzakirə etdik. Beynəlxalq məsələləri, o cümlədən, Ukraynadakı münaqişəni də müzakirə etdik”, - Medvedyev bildirib.

O, danışıqların çox faydalı olduğunu qeyd edib.

Si Cinpinlə görüş Rusiya və Çinin iki hakim partiyasının liderləri arasında pandemiyanın başlanğıcından, eləcə də 2022-ci ilin oktyabrında keçirilən 20-ci CPC qurultayından sonra ilk üz-üzə təmasdır.


Müəllif: Nemət

Oxşar xəbərlər