22 Dekabr 2022 08:18
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ bu dəfə Ukraynaya 1,8 milyard dollar həcmində hərbi yardım göndərəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken deyib.

O bildirib ki, ABŞ Ukraynaya ilk dəfə “Patriot” zenit-raket kompleksləri verəcək.

Yardımın 1 milyardı Dövlət Departamenti, 850 milyon dolları isə Pentaqon vasitəsilə ayrılacaq.

Qeyd edək ki, Rusiya ilə hərbi əməliyyat başlayandan ABŞ hakimiyyətinin Ukraynaya ümumi hərbi yardımın həcmi 19,3 milyard dolları ötüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər