22 Dekabr 2022 09:47
1 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaşinqton və Kiyev Ukraynadakı vəziyyət və onun nizamlanması perspektivləri ilə bağlı eyni baxışı bölüşür”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Ağ Evdə ukraynalı həmkarı Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

“Düşünürəm ki, biz eyni baxışı bölüşürük. Hər ikimiz bu müharibənin bitməsini istəyirik”, - ABŞ lideri bildirib.

Onun sözlərinə görə, Rusiya öz qoşunlarını Ukraynadan çıxarsa, münaqişə həll oluna bilər. Amma Bayden bunun indi baş verməyəcəyini iddia edib.

“Bundan sonra nə olacaq? Bu gün Ukraynanın döyüş meydanında uğur qazanmasına necə kömək edəcəyimizi danışdıq ki, Prezident Zelenski Rusiya tərəfi ilə danışmağa hazır olanda uğur qazana bilsin. Ukrayna bizim köməyimizlə, eləcə də avropalı müttəfiqlərimizin və başqalarının köməyi ilə döyüş meydanında uğur qazana bilər”, - Bayden vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu