22 Dekabr 2022 11:13
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

“NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi potensialını gücləndirmək, Finlandiya və İsveçlə əlaqələrini daha da möhkəmləndirmək cəhdlərini nəzərə alaraq, ölkənin şimal-qərbində hərbi kontingentin yaradılması da daxil olmaqla müxtəlif tədbirlər görülməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

O, Rusiya vətəndaşları üçün hərbi xidmətə çağırış yaşını 30-a çatdırmağı planlaşdırdıqlarını ifadə edərək bildirib ki, “Moskva” və “Leninqrad” hərbi zonaları yaradılacaq.

Rusiya Hava Desant Qüvvələrində 2 diviziya yaradılacağını qeyd edən Şoyqu, Rusiya Federasiyasının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı problemlərin həlli üçün ordudakı əsgər sayının 1,5 milyona çatdırılması lazım olduğunu açıqlayıb.


Müəllif: Nemət

Oxşar xəbərlər