UEFA Rusiyada gənclərdən ibarət komandalar üçün beynəlxalq turnir təşkil edir
Teleqraf.com xəbər verir ki, bununla bağlı UEFA və Rusiya Futbol İttifaqı 2023-cü ilin mayında beynəlxalq turnirin keçirilməsi ilə bağlı razılığa gəlib.
Yarış Volqoqradda keçiriləcək.
Turnirin keçirilməsi ilə bağlı UEFA ilə bir neçə ay əvvəl razılığın əldə olunduğu vurğulanıb.
Xatırladaq ki, 2022-ci il fevralın 28-də UEFA və Beynəlxalq Futbol Federasiyası (FİFA) siyasi vəziyyətə görə Rusiya millisini və klublarını onların himayəsində olan turnirlərdə iştirakını dayandırıb.