Böyük Britaniya kralı III Çarlz sentyabrda taxta çıxdıqdan sonra Milad bayramı münasibətilə xalqa ilk televiziya müraciətini lentə aldırıb.
Teleqraf.com xəbər verir ki, Bukinqem sarayının yaydığı məlumata görə, monarxın dekabrın 25-də nümayiş etdiriləcək çıxışı Vindzor qəsri ərazisindəki Müqəddəs Georgi kapellasında lentə alınıb. Çəkiliş BBC Yayım Korporasiyasının rejissor komandası tərəfindən aparılıb.
Xatırladaq ki, anası II Elizabet sentyabrın 8-də 96 yaşında Şotlandiyada Balmoral qəsrində vəfat etdikdən sonra III Çarlz Böyük Britaniyanın yeni kralı olub.