16 Dekabr 2014 02:16
943
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın Pensilvaniya ştatında silahlı şəxs atəş açaraq 6 nəfəri öldürüb, daha 3-ünü yaralayıb.

Teleqraf.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, yerli hüquq-mühafizə orqanları cinayəti 35 yaşlı keçmiş hərbi qulluqçu Uilyam Stoun tərəfindən törədildiyini təxmin edir.

Məlumata görə, ölənlərin cəsədləri Filadelfiya şəhərinin müxtəlif bölgələrində aşkarlanıb. Hazırda hadisəni törədən şəxsin yaxalanması üçün polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


Müəllif: