“2022-ci ildə bizə bəlli oldu ki, dünya səhnəsində kiminlə danışıq apara bilərsən, kimə etibar edə bilməzsən”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, dünya səhnəsində vəziyyət qəti şəkildə aydınlaşdırılıb.
"Rusiya dünyada baş verənləri, kimin hansı niyyət və planlarla hərəkət etməyə çalışdığını görür. Bundan əlavə, kiminlə danışıqlar aparıla biləcəyi və kiminlə etibarlı münasibətlərin olmasının qeyri-mümkün olduğu bəlli oldu. Belə ölkələrə bundan sonra etibar etmək olmaz”, - Lavrov bildirib.