26 Dekabr 2022 21:12
1 817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynaya qarşı müharibəsi cəmi bir neçə həftəyə başa çata bilər. Amma bunun üçün Ukrayna müdafiə qüvvələrinə daha çox silah lazımdır”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı politoloq Andrey Piontkovski deyib.

Müharibənin daha bir il də davam edə biləcəyi ilə bağlı fikirlərə münasibət bildirən ekspertin fikrincə, Qərb belə fikirlərlə razılaşmamalıdır, çünki bu, yorucu müharibəyə çevrilə bilər:

“Qərbin hazırkı vəziyyəti və yorucu müharibə üsulunu seçməsi sadəcə cinayətdir. Müharibəni tez başa çatdırmaq üçün Qərbin etməli olduğu şey çox sadədir: Ukraynanı 300 tank, 700 zirehli transportyor, 600 haubitsa və ATACMS raketləri ilə təmin etmək. Bu halda müharibə bir neçə həftəyə bitəcək. İstənilən hərbi mütəxəssis sizə “qələbənin resepti”ninin bu olduğunu deyəcək”.

Piontkovskiyə görə, əslində hər şey Ukraynanın siyasətindən asılıdır:

“Mənim təklifim daha qətiyyətli müttəfiqimizdən - Böyük Britaniyadan istifadə etməklə bağlıdır. Zelenskinin Vaşinqtona səfərindən sonra iki çox ziddiyyətli təəssürat yaranıb. Bir tərəfdən, Amerika xalqı, Konqres və Prezident Bayden tərəfindən əla səviyyədə dəstək var. Eyni zamanda, Ukrayna üçün dostluq ifadəsi belədir: “Sona qədər sizinlə qalacağıq”.

Üzr istəyirəm, nə üçün? “Patriot”lar çatanadək ruslar İran və Şimali Koreyadann aldıqları raket sistemləri ilə şəhərləri yerlə-yeksan edə bilərlər. Hansı məqsədlə? On minlərlə insanın sonuna qədər? Bir neçə həftə ərzində bitə bilərsə, hansı son?”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər