28 Dekabr 2022 10:16
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveçdə fəaliyyət göstərən İran İnsan Haqları Təşkilatı (IHR) İranda davam edən kütləvi nümayişlərdə həyatını itirənlərin sayının 476-ya yüksəldiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, həyatını itirən nümayişçilərdən 34-ü qadın, 64-ü 18 yaşdan kiçikdir.

Ölkənin 31 əyalətindən 25-i ilə bağlı məlumatların yer aldığı hesabata görə, ən çox itki sünnilərin yaşadıqları Sistan-Bəlucistanda baş verib.

Hesabatda Sistan-Bəlucistanda 130, Kürdüstanda 53, Qərbi Azərbaycanda 55, Tehranda 52, Mazandaranda 38, Gilanda 26, Kirmanşahda 25, Elborzda 23, İsfahanda 14, Farsda 11, Xuzistanda 11 , Rəzəvi Xorasanda 7, Şərqi Azərbaycanda 4, Loristan, Zəncan, Mərkəzi, Qəzvin və Həmədanın hər birində 3, Ərdəbil, İlam, Buşəhr, Simnan, Gülüstan və Hörmüzqanın hər birində 2 nəfər nümayişçinin həyatını itirdiyi qeyd edilib.

Edam cəzasına məhkum edilən Möhsün Şikari həbs edildikdən 75 gün sonra dekabrın 8-də, Məcidrza Rahnəvərd isə 23 gün sonra dekabrın 12-də edam olunub. Hesabatda ən azı 100 nəfərin edam, həbs və ya edam cəzasına məhkum olunma riski ilə üzləşdiyi, artıq edam cəzasına məhkum edilənlərin də olduğu xatırladılıb.

IHR molla rejiminin həbs edilənləri vəkil seçmək və ailələri ilə görüşmək hüququndan məhrum etdiyinə diqqət çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər