Rusların qüvvələri tükənib, buna görə də hadisələr kulminasiya nöqtəsinə yaxınlaşa bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) Baxmut istiqamətində vəziyyəti şərh edən təhlilində bildirilir.
ISW-nin yeni hesabatında deyilir: “Rusiya qoşunlarının döyüş itkiləri çox güman ki, Baxmut bölgəsindəki rus hərbçilərini taqım ölçülü hücum qruplarından istifadə etməyə məcbur edəcək”.
Analitiklər Baxmut bölgəsindəki rus qoşunlarının artıq rota və batalyon taktiki qrupları kimi yox, əksinə, on nəfərdən ibarət kiçik qruplar şəklində fəaliyyət göstərdiyini bildirib.
“2022-ci ilin avqustunda Xerson bölgəsindəki rus bölmələri nəzərəçarpacaq dərəcədə deqradasiyaya uğrayanda Rusiya rota və batalyon taktiki qruplarından ayrı-ayrı taqım ölçülü qruplara çevrildi”, - ekspertlər əlavə ediblər.
Qeyd edilir ki, Rusiya hərbi qüvvələrinin Baxmut bölgəsində irəliləyiş tempi son vaxtlar artan personal və döyüş sursatı çatışmazlığı səbəbindən aşağı düşüb və bu, çox güman ki, onların yaxın gələcəkdə ərazidə yüksək hücum əməliyyatlarını davam etdirməsinə mane olacaq.
Ruslar Soledara hücum üçün uğursuz cəhdləri isə davam etdirirlər. Dünən Baxmuta hücuma cəhd olunub. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Vaqneritlərin” hücumunu dəf etdiklərini açıqlayıb.
Hətta Rusiyanın təbliğat mediası da bölgədə bir aya yaxın davam edən şiddətli döyüşlərin getdiyini bildirib.