17 Dekabr 2014 07:34
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada rublun məzənnəsinin aşağı düşməsi Ukraynanın iqtisadiyyatına mənfi təsir edəcək. Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın baş naziri Arseni Yatsenyuk deyib.

“Rusiyada avronun məzənnəsinin 100 rubla çatması ilə baş verən maliyyə fəlakəti, Ukrayna iqtisadiyyatına təsir edəcək... Rusiya, həmişəki kimi, bizə problem yaradır”, deyə Yatsenyuk bildirib.

Bu arada Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib ki, baş nazir Dmitri Medvedevin hökumət üzvləri ilə keçirdiyi toplantıda vəziyyətin normallaşdırılmasına dair tədbirlər hazırlanıb.


Müəllif:

Oxşar xəbərlər