Yunanıstan parlamenti ilk səsvermədə prezident seçə bilməyib.
Teleqraf.com-un "BBC"-yə istinadən məlumatına görə, prezident postuna namizədliyi irəli sürülən sabiq ətraf mühit üzrə avrokomissar Stavros Dimas tələb olunan 200 səsi toplaya bilməyib.
Səsvermənin ikinci və üçüncü turları müvafiq olaraq dekabrın 23-ü və 29-u keçiriləcək. Qanunvericiliyə uyğun olaraq, prezidentin seçilmədiyi halda ölkə parlamenti buraxılacaq.