Kubanın lideri Raul Kastro yerli televiziya vasitəsilə xalqa müraciət edərək ABŞ-la münasibətlərin bərpasını təsdiqləyib.
Teleqraf.com-un “İnterfaks” agentliyinə istinadən məlumatına görə, Vaşinqtonda və Havanada hər iki ölkənin səfirliyinin açılacağı gözlənilir.
“Biz yarım əsir əvvəl kəsilmiş diplomatik münasibətləri bərpa edirik”- deyə, R.Kastro bildirib.
Xatırladaq ki, ABŞ-la Kuba arasında diplomatik münasibətlər 1961-ci ildən kəsilmişdi.