Peşmergə qüvvələri Mosulun Sincar mahalını İŞİD-dən azad etmək üçün geniş çaplı əməlliyata hazırlaşır.
Publika.az-ın məlumaına görə, bu məqsədlə bölgəyə əlavə qüvvə cəlb olunub. Əraziyə minlərlə əsgər, çoxlu top, tank və ağır texnika gətirilib. Eyni zamanda İraq Ordusuna məxsus helikopterlərlə 10 min yezidinin sığındığı Sincar dağına əsgərlər aparılıb.
Qeyd edək ki, gün ərzində Peşmergə tərəfindən Sincar mahalının 9 kəndi İŞİD-dən azad edilib. Son hazırlığın isə Sincar mahalının tamamilə İŞİD-dən geri alınmasına hədəfləndiyi bildirilir.